Agentlik məktəbli formaları ilə bağlı valideynlərə müraciət etdi
Agentlik məktəbli formaları ilə bağlı valideynlərə müraciət etdi.
Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən meqale.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.
Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.