Agentlik sədri qudasını yüksək vəzifəyə TƏYİN ETDİ
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.
meqale.com manşet.az-a istinadən xəbər verir ki, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.
Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.