Ağır qəza: İki qatar toqquşdu, azı 15 nəfər ölüb
Banqladeşdə yük və sərnişin qatarlarının toqquşması nəticəsində azı 15 nəfər ölüb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Banqladeşin Yanğınsöndürmə Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkənin şərqindəki Bhayrab şəhəri yaxınlığında yük qatarı əks istiqamətdə hərəkət edən sərnişin qatarı ilə toqquşub.
Hadisə nəticəsində 100-dən çox insan yaralanıb.