Ağır qəzada ölən 26 yaşlı İbrahimin FOTOsu - YENİLƏNİB

18:55 Ötən gün gecə saatlarında Ələt-Astara yolunda baş verən ağır qəzada İbrahim Əhmədov həyatını itirib.

Ağır qəzada ölən 26 yaşlı İbrahimin FOTOsu - YENİLƏNİB
18:55 Ötən gün gecə saatlarında Ələt-Astara yolunda baş verən ağır qəzada İbrahim Əhmədov həyatını itirib.

Modern.az-ın məlumatına görə, 26 yaşlı İbrahim Sumqayıt şəhər sakini olub.

Qeyd edək ki, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan "Volvo" markalı, 91AA791 İİR  nömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yol kənarında dayanmış "Cherry" markalı, 90 HD 133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza zamanı Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İbrahim Əhmədovun fotosunu təqdim edirik:

--------------- 2025.09.14 Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BDYPİ-dən meqale.com-a verilən məlumata görə, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan "Volvo" markalı yük maşını texniki nasazlıq səbəbindən yol kənarında dayanmış "Cherry" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Cherry" markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin - Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.