Ağır yol qəzası 9 nəfərin canını aldı
Dominikan Respublikasının cənubunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində ən azı 9 nəfər həlak olub.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə yerli "Hoy" qəzeti məlumat yayıb.
Hadisə San-Kristobal əyalətinin Ayna bələdiyyəsində baş verib. Azı 17 nəfərin yaralandığı qeyd edilir.
Onlara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilir. Zərərçəkənlər arasında iki azyaşlı da var.