Ağstafada TIR aşdı - FOTO
Ağstafada ağır tonnajlı yük maşını aşıb.
meqale.com teleqraf.com-a istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Orxan Salmanov idarəetdiyi "DAF" (TIR) yük maşını ilə hərəkətdə olan zaman avtomobili aşırdıb.
Qəza zamanı xəsarət alan olmasa da, yük avtomobilinə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.