Ağstafada yaralıları aparan təcili yardım maşını qəzaya düşdü
Ağstafada yol qəzası baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Xəsarət alanları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərindəki Bayraq Meydanının qarşısında qəzaya düşüb.
Xəsarət alanlar başqa təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.