Aİ Azərbaycan və Ermənistana çağırış etdi
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı ilin sonunadək sülh prosesini yekunlaşdırmağa çağırır.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Aİ Şurasının iki günlük iclasının sonunda qəbul olunan yekun sənəddə bildirilib.
"Avropa İttifaqı Şurası suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə davamlı dəstəyini bildirir.
Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri xoş niyyətlə hərəkət etməyə və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır", - sənəddə deyilir.