Aİ Gürcüstana xəbərdarlıq etdi

"Gürcüstanda hakim partiyanın "Xarici təsirin şəffaflığı haqqında" Qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur".

Aİ Gürcüstana xəbərdarlıq etdi
"Gürcüstanda hakim partiyanın "Xarici təsirin şəffaflığı haqqında" Qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırıb: "2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənirik. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir".

Qurum bildirib ki, Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən müvafiq addımlar atıldığına görə Avropa Şurası Gürcüstana namizəd statusu verib: