Aİ missiyası Ermənistanda yeni ofis açdı

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Tavuş vilayətinin İcevan bölgəsində əməliyyat ofisi açıb.

Aİ missiyası Ermənistanda yeni ofis açdı
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Tavuş vilayətinin İcevan bölgəsində əməliyyat ofisi açıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı missiya "X" hesabında paylaşıb.

Məlumata görə, mərasimdə müşahidə missiyasının rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos, Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sarkisyan və Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan iştirak ediblər.

Xatırladaq ki, 100 nəfərdən ibarət sözügedən missiya fevralın 20-si Ermənistanda yerləşdirilib. Missiyanın mandatının müddəti 2 ildir.