Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası...
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Vaçikovna Akopyanın ötən həftə sonu Antalyanın ən məşhur otellərindən birində etdiyi tətilə 100 min avrodan (təxminən 5 milyon türk lirəsi) çox pul xərclədiyi iddia olunur.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anna Akopyanın 19-22 iyun tarixləri arasında "Titanic Mardan Palace Oteli"ndə keçirdiyi cəmi üç günlük istirahətin bu qədər astronomik məbləğə başa gəlməsi təbii olaraq bir çox sual doğurub. Məlumata görə, Ermənistanın birinci xanımı ilk olaraq gecəsi 6 min avrodan başlayan lüks prezident nömrəsi "King Suite"də yerləşib.
Sözügedən lüks nömrədə qalmaqla yanaşı, xanım Akopyanın əsas xərclərinin şampan vannası, şəxsi yoqa məşqçisi, xüsusi xidmətçi, yaxtanın icarəsi və minibar kimi həddən artıq bahalı xidmətlərə yönəldiyi ortaya çıxıb.
180 min kvadratmetrlik sahədə yerləşən bu dəbdəbəli tətil kompleksi - Mardan Palace - azərbaycanlı əsilli tanınmış rusiyalı iş adamı Telman İsmayılov tərəfindən inşa edilib və 2009-cu ildə istifadəyə verilib.