Alen Delon 35 itinin yanında dəfn ediləcək - FOTO

Ötən gün vəfat edən fransız aktyor Alen Delon Fransanın şimalında yaşadığı Duşi kommunasında dəfn ediləcək.

Alen Delon 35 itinin yanında dəfn ediləcək - FOTO
Ötən gün vəfat edən fransız aktyor Alen Delon Fransanın şimalında yaşadığı Duşi kommunasında dəfn ediləcək.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "BFMTV" telekanalı yayıb. 

Dəfn mərasiminin bu həftə ərzində baş tutacağı qeyd olunub. 

Telekanalın məlumatına görə, dünyaca məşhur aktyor öz itlərinin yanında torpağa tapşırılacaq. Qeyd olunub ki, Delon hər zaman heyvan haqlarının müdafiəsinin tərəfdarı olub və həyatı boyunca 50-dən çox itə sahiblik edib. Həmin ərazidə isə onun 35 iti dəfn edilib. 

Bildirilir ki, aktyor onunla bağlı dəfn mərasiminin keçirilməsinin əleyhinə olsa da, Delonla vidalaşmaq üçün hər kəsə açıq tədbirin keçirilməsi planlaşdırılır.

---------------

2024.08.18

Fransalı aktyor Alen Delon vəfat edib.

meqale.com APA-ya istinadən bildirir ki,  bu barədə "France-Presse" məlumat yayıb.

Aktyor 88 yaşında vəfat edib.

Qeyd edək ki, bu ilin aprelində Fransanın Montarji kommunasının məhkəməsi Alen Delon üçün gücləndirilmiş qəyyumluq rejimi təyin edib. Delonun gəliri və əmlakı qəyyumun öhdəsinə keçdi. Lakin həmin şəxsin adı açıqlanmayıb.