Ali Koçla Aziz Yıldırımın debatı rekord qırdı
İyunun 8-də "Fənərbaxça"nın prezidenti Ali Koçla sabiq prezident Aziz Yıldırımın "Habertürk"də canlı debatı izlənmə rekordu qırıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial media paylaşımlarına görə reytinq aparan "Somera" məlumat yayıb.
Bildirilib ki, proqram böyük marağa səbəb olub və 55,89 % reytinq toplayıb.