Ali Məhkəmə “E-Justice” platformasını təqdim etdi

Azərbaycanda vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən "E-Justice" platforması yaradılır.

Ali Məhkəmə “E-Justice” platformasını təqdim etdi
Azərbaycanda vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən "E-Justice" platforması yaradılır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Baş Prokurorluğun "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransda məlumat verib.

İ.Kərimov bildirib ki, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası tərəfindən hüquq mühafizə orqanlarının, eləcə də məhkəmə hakimiyyətinin işinə önəmli töhfə vermək məqsədilə dövlət orqanlarının qarşılıqlı elektron fəaliyyətini özündə əks etdirən yeni bir konsepsiya hazırlanıb.

"E-Justice" platforması ədalət mühakiməsinə əlçatanlığın asanlaşmasına və səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, eləcə də vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir.