Ali təhsil müəssisələrinin qəbul planı neçə faiz dolub?

Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub.

Ali təhsil müəssisələrinin qəbul planı neçə faiz dolub?
Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə əlaqədar mətbuat konfransında deyib.

O bildirib ki, müsabiqənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.