Alimlər ani ölümdən qabaq ortaya çıxan gözlənilməz əlaməti tapıblar
"Öz növbəsində infarkta və ani ölümə gətirib çıxaran aterosklerozun inkişafını saç vasitəsilə qabaqcadan bilmək olar".
meqale.com xəbər verir ki, manset.az-ın məlumatına görə, bunu kardioloq Konstantin Krulev deyib.
Onun sözlərinə görə, ağ tellərin vaxtından əvvəl görünməsi aterosklerotik piləklərin erkən əlaməti ola bilər.
İspan alimləri bunu sübut ediblər. Onlar 42-64 yaş arası 500-dən çox kişinin iştirak etdiyi araşdırma aparıblar. Alimlər eksperiment yolu ilə müəyyən ediblər ki, ağ saçların görünməsi həqiqətən aterosklerozun əmələ gəlməsilə mütənasibdir.