“Allahın influenseri”nin adı müqəddəsləşdiriləcək - FOTO
Londonda doğulan və 2006-cı ildə 15 yaşında dünyasını dəyişən Karlo Akutis adlı gəncin adı kilsə müqəddəsləri sırasına daxil ediləcək.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Roma Papası Fransisk bununla bağlı qərarı təsdiqləyib.
Bildirilir ki, "Allahın influenseri" adlandırılan gənc həyatda olarkən internetdə katolik dini inancını təbliğ etməklə məşhurlaşıb.
Məlumata görə, Karlo Akutis adı müqəddəsləşdirilən ilk millenial (1980-ci illərin əvvəlindən 1990-cı illərin sonuna qədər doğulan şəxs) olacaq.
Prosesin nə zaman baş tutacağı açıqlanmayıb.