Allahverdi Yolçuyev əməliyyatdan sonra ilk dəfə - FOTO
Uzun zamandır Parkinson xəstəliyindən əziyyət çəkən və əməliyyat olunan tanınmış aktyor Allahverdi Yolçuyev səhhəti barədə danışıb.
meqale.com bildirir ki, bu barədə Yenicag.az-a aktyor özü açıqlamasında bildirib.
O, əməliyyatın uğurla keçdiyini deyib:
"Çox şükürlər olsun ki, əməliyyat uğurla keçdi. Hələ ki yataq rejimindəyəm. Xəstəliyimlə mübarizə aparan Teyyub həkimə və bütün tibbi personala öz minnətdarlığımı bildirirəm. Həkimlərimə minnətdaram. Bir neçə gündən sonra xəstəxanadan evə buraxılacağam".
Aktyorun xəstəxanadan fotosunu təqdim edirik:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun