Almaniya Avropa çempionatından nə qədər qazanacaq? - Fantastik MƏBLƏĞ
İyunun 14-də Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatının final mərhələsinə start verilib.
meqale.com lente istinadən xəbər verir ki, turnirin açılış oyununda ilk mərhələnin A qrupunda Almaniya Şotlandiya yığmasını 5:1 hesabı ilə məğlub edib.
Avro-2024-ün keçirilməsi Almaniyaya federal xəzinəni təxminən 1 milyard avro məbləğində doldurmağa imkan verəcək. Bu qədər gəlir ölkəyə turist axını ilə bağlıdır.
Xatırladaq ki, hazırkı Avropa çempionu İtaliya millisidir.