Almaniya son 7 ilin ən böyük qaçqın böhranı ilə üzləşib

Almaniya 2016-cı ildən bəri ən böyük qaçqın böhranı ilə üzləşib.

Almaniya son 7 ilin ən böyük qaçqın böhranı ilə üzləşib
Almaniya 2016-cı ildən bəri ən böyük qaçqın böhranı ilə üzləşib.

meqale.com report-a istinadən bildirir ki, BAMF-dan bildirilib ki, bu ilin ilk ayı ərzində federal idarəyə sığınacaq üçün 162 271 nəfər müraciət edib. Onlardan 150 166 nəfəri ilk dəfə sığınacaq üçün müraciət edənlərdir. Bu, keçən ilin eyni rübü ilə müqayisədə 77.5% çoxdur.

Bu ilin ilk altı ayında Almaniyaya illeqal yollarla keçmək istəyən 45 338 nəfər polis tərəfindən saxlanıb. 2022-ci ilin eyni rübündə bu rəqəm 29 174 olub.

Qaçqın axını öz növbəsində kirayə ev bazarına da təsir edib. Şəhər bələdiyyələri hökumətə təklif ediblər ki, idman zalları və asudə vaxt mərkəzləri qaçqın yataqxanasına çevrilsin.

Yeni tədris ilinin başlaması ilə məktəb və uşaq bağçalarında da qaçqınların yerləşdirilməsi prosesində problem yarana bilər. Almaniya Federal Təhsil Nazirliyindən bildirilib ki, hazırda əyalət təhsil nazirlikləri siniflərdəki şagird sıxlığını minimuma endirməyin yollarını axtarır.