Almaniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verdi
Almaniya hökuməti Ukrayna ordusuna verdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətləri ləğv edib. Belə ki, Almaniya Ukraynaya verdiyi silahlarla Rusiya ərazisindəki hədəflərə zərbə endirməyə icazə verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin mətbuat katibi Şteffen Gebeştrayt açıqlayıb.
Onun sözlərinə görə, Rusiya son həftələrdə Xarkov yaxınlığında mövqelərdən hücumlar təşkil edir: "Düşünürük ki, Ukrayna beynəlxalq hüquqa uyğun olaraq bu hücumlardan özünü müdafiə etmək hüququna malikdir".