Almaniyada ağır qəza - 27 uşaq xəsarət aldı

Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.

Almaniyada ağır qəza - 27 uşaq xəsarət aldı
Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, avtobusda Marburqdan İngiltərəyə 15-17 yaşlı məktəblilər olub, göyərtəsində böyüklər də olub. A45 şosesində avtobus qəfildən yoldan çıxaraq aşıb.