Almatıda nazirlərin görüşü 4 saat sonra başa çatdı - YENİLƏNİB - VİDEO
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başa çatıb.
meqale.com Trend-ə istinadən bildirir ki, danışıqlar 4 saatdan çox davam edib.
--------
14:16
Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.
meqale.com axar.az-a istinadən bildirir ki, "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.
Qeyd edək ki, görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.
-------- 08:33 Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.
meqale.com report.az-a istinadən xəbər verir ki, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.
Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.