Alvaro Morata "Qalatasaray"da
İspaniyalı futbolçu Alvaro Morata İtaliyanın "Milan" klubundan icarə əsasında Türkiyənin "Qalatasaray" klubuna keçib.
meqale.com-n məlumatına görə, bu barədə "Qalatasaray" klubunun mətbuat xidməti bildirib.
Hücumçunun icarə müddəti mövsümün sonuna kimi hesablanıb. Türkiyə klubunun yayda futbolçunu almaq hüququ var.