Ərdoğan həmin ailə ilə bağlı tapşırıq verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantısında Almaniyadan İstanbula tətilə gələn dörd nəfərlik Böcek ailəsinin ölümü və Kocaeli Dilovasında zavodda baş vermiş yanğında 7 nəfərin həyatını itirməsi ilə bağlı açıqlama verib.

meqale.com xəbər verir ki, Ədoğan hadisələrin diqqətlə araşdırıldığını deyib.

"Ehtimalı, səhvi, günahı, niyyəti olan hər kəs tək-tək müəyyən ediləcək. Heç kimin gözünün yaşına baxılmayacaq."

O həmçinin 20 şəhid verilən təyyarə qəzaları ilə bağlı araşdırmaların da davam etdiyini və nəticələrin tezliklə ictimaiyyətlə paylaşılacağını vurğulayıb.

Ərdoğan qeyd edib ki, faciələrdə əli olan hər kəs məsuliyyət daşıyacaq və hüquqi prosedurlar hərtərəfli həyata keçiriləcək.

Xatırladaq ki, Almaniyadan İstanbula istrahətə gələn bir ailənin 4 üzvü bir neçə gün əvvəl Ortaköy səmtində yedikləri kumpir və midyedən zəhərlənərək ölüblər.