Amerika erməniləri məyus qalıblar - Sponsorlar üz döndərir

Amerika Erməniləri Milli Komitəsi (ANCA) ciddi problemlərlə üzləşib. Ən böyük erməni lobbi təşkilatı beynəlxalq nüfuzunu və tərəfdaşlarını itirir. Sponsorlar, Amerika və Avropadakı tərəfdaşlar "ANCA"dan üz döndərir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu uğursuzluğun səbəbi Azərbaycanın artan beynəlxalq nüfuzudur. Prezident İlham Əliyevin uğurlu rəhbərlik amili Azərbaycanı Ermənistan və Qarabağ separatçıları ilə müharibədə qələbəyə gətirib çıxardı, Azərbaycana xarici siyasət sahəsində bu nailiyyətləri möhkəmləndirməyə imkan verdi.

Bu uğurlar "ANCA"ya ciddi zərbə vurdu. Əvvəlki təsir və səlahiyyət artıq yoxdur, çoxsaylı təşkilatlardan və tərəfdaşlardan pul axını da yox olur. "ANCA"ya qalan sadəcə sosial şəbəkələrdə absurd şəkillər yaymaqdır.

meqale.com