Amerika kubokunda qorxulu anlar: Hakim oyun vaxtı huşunu itirdi - VİDEO

Amerika kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən Peru - Kanada matçında (0:1) xoşagəlməz hadisə yaşanıb.

Amerika kubokunda qorxulu anlar: Hakim oyun vaxtı huşunu itirdi - VİDEO
Amerika kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən Peru - Kanada matçında (0:1) xoşagəlməz hadisə yaşanıb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, birinci hissənin son anlarında qvatemalalı yan xətt hakimi Humberto Panxoy huşunu itirərək yerə yıxılıb. Humbertonun imdadına ilk olaraq Kanada millisinin qapıçısı Maksim Serepu çatıb. Qolkiper dərhal həkimləri meydana çağırıb.

Ədalət təmsilçisinə ilkin tibbi yardım göstərildikdən sonra xərəkdə meydandan çıxarılıb. İlkin məlumata görə, hakim günvurmadan bu hala düşüb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun