Amerikada şübhəlini məhkəməyə əli-qolu bağlı, maskalı gətirdilər - Ölkədə qalmaqal - FOTO
ABŞ-də məhkəmədə çəkilən kadrlar müzakirə doğurub.
meqale.com xarici mətbuata istinadla bildirir ki, ABŞ-də şübhəlinin əli-qolu qandallı, üzü-gözü bağlı halda gətirməsi geniş müzakirələrə yol açıb.
Nevada ştatındakı məhkəməyə çıxarılan Deobra Reddenin zəncirli halı sosial şəbəkələrdə paylaşılaraq tənqid edilib.
Qeyd edək ki, Deobra Redden bundan əvvəlki məhkəmədə hakimə hücum etdiyi üçün ona qarşı belə münasibət göstərilib.