Anar İsmayılova Müdafiə Nazirliyində yüksək vəzifə verildi - YENİLƏNİB
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.
Bu barədə meqale.com-a Müdafiə Nazirliyindən bildirilib.
---------
11:00
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.
meqale.com oxuya istinadən xəbər verir ki, məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən general Nəbiyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.