Anastasiyanın yanındakı sirrli adam kimdir? - FOTO
Rusiyanı müvəqqəti tərk edərək Maldiv adalarına istirahətə gedən məşhur balet artisti və aktrisa Anastasiya Voloçkova sirli kişi ilə fotosunu "Instagram" izləyiciləri ilə paylaşıb.
meqale.com bildirir ki, 48 yaşlı balerina kimliyini açıqlamasa da, bu adamın əlləri üzərində özünü təhlükəsiz və inamlı hiss etdiyini qeyd edib.
"Bu kişinin əllərində mən həmişə və hər yerdə özümü təhlükəsiz və inamlı hiss edirəm. Hətta Maldiv adalarında, gözəl adada da... Biz buna bir az yaradıcılıq əlavə etmək qərarına gəldik. Zirvədə olmağı sevirəm", - Voloçkova yazısının altında qeyd edib.
Balerina Maldiv adalarından paylaşdığı bütün nəşrlərdə şərh funksiyasını deaktiv etdiyi üçün Anastasiya izləyicilərinin necə reaksiya verdiyi məlum deyil.