"Love city"də 72 manat servis haqqı aldılar - FOTO

Bakıda restoranda 72 manat servis haqqı tutublar.

Bakıda restoranda 72 manat servis haqqı tutublar.

meqale.com-ın məlumatına görə Sahil metrosunun yaxınlığında yerləşən "Love city" restoranında müştəridən 722 manatlıq hesaba görə 10 faiz servis haqqı tələb edilib.

Beləliklə müştəridən ümumilikdə 794 manat ödəniş alınıb.

Hesabın şəklini paylaşan müştəri servis barəsində etirazını bildirib.

Qeyd edək ki, menyuda diqqət çəkən digər məqam isə əsasən uşaqlar üçün nəzərdə tutulan məkanda "ehtiras limonadı" içkisinin olmasıdır.

Xatırladaq ki, ötən il sözügedən restoranın yanğın təhlükəsizliyi tədbirlərinin natamamlığına görə müvəqqəti olaraq fəaliyyəti dayandırılmışdı.