Ancelina Coli yarıçılpaq pozları ilə DİQQƏT ÇƏKDİ - FOTOlar

Hollivudun məşhur siması Ancelina Coli "Time France" jurnalının yeni buraxılışının üz qabığında yer alıb.

Ancelina Coli yarıçılpaq pozları ilə DİQQƏT ÇƏKDİ - FOTOlar
Hollivudun məşhur siması Ancelina Coli "Time France" jurnalının yeni buraxılışının üz qabığında yer alıb.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı aktrisa fotosessiya zamanı yarıçılpaq obrazda kamera qarşısına keçib. Coli bununla da 2013-cü ildə keçirdiyi profilaktik mastektomiya əməliyyatından sonra bədənində qalan izləri açıq şəkildə nümayiş etdirib.

Aktrisa jurnal üçün açıqlamasında bu addımının səbəbini belə izah edib: "Bu illər ərzində yaşadıqlarımı bir çox qadınla bölüşürəm. Digər qadınların da öz hekayələrini açıq şəkildə paylaşdığını görəndə hər zaman təsirlənmişəm. Mən də bu səsə qoşulmaq istədim".

Ancelina Colinin bu fotosessiyası sosial şəbəkələrdə böyük rezonans doğurub və cəsarət, güc və qadın həmrəyliyi mesajı kimi dəyərləndirilib.