Kafedə dalaşanları ayırmaq istədi, öz canından oldu...

Bakıda kafedə törədilmiş cinayətlə bağlı məhkəmə prosesi başa çatıb.

Kafedə dalaşanları ayırmaq istədi, öz canından oldu...
Bakıda kafedə törədilmiş cinayətlə bağlı məhkəmə prosesi başa çatıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, ölümlə nəticələnən hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bildirilib ki, hadisə ötən ilin iyun ayında gecə saat 02 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində qeydə alınıb. Həmin vaxt oradakı kafedə bir qrup şəxs arasında münaqişə baş verib. Bu zaman dalaşanları ayırmaq istəyən 1990-cı il təvəllüdlü Turan Şəkərov qəfil olaraq başından zərbə alıb. O, Respublika Neyrocərrahiyə Xəstəxanasına aparılıb stasionar müalicə olunsa da, bir neçə gün sonra vəfat edib.

T. Şəkərovun baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, alın sümüyünün sağ yarısının basılmış-deşilmiş açıq qəlpəli sınığı və həmin səviyyədə baş beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının bir ədəd əzilmiş-cırılmış yarası ilə əlaqədar baş beyinin irinli iltihabı və ödemi səbəbindən öldüyü müəyyənləşib.