Ancelina indidən utancaq qızı üçün iş tapdı
Dünyaca məşhur aktrisa Ancelina Coli qızına indidən iş tapıb.
meqale.com lente istinadən bildirir ki, 48 yaşlı aktrisa Bred Pittlə evliliyindən dünyaya gələn 15 yaşlı əkizlərindən olan Vivyen Marçelin adlı qızını köməkçi kimi işə götürüb.
Vivyen, Ancelina Colinin baş rolda çəkildiyi "The Outsiders" filminin Brodvey prodüsserliyində anasının köməkçisi kimi çalışacaq.
Ancelina Coli bu mövzuda verdiyi açıqlamada qızı Vivyenin şəxsiyyətinə uyğun olaraq belə bir qərar verdiyini bildirib: "Vivyen diqqət mərkəzində olmağa deyil, yaradıcı insanları dəstəkləməyə fokuslandığı üçün mənə anamı xatırladır".