Ançelotti qalsa, Arda "Real"dan gedəcək
"Real Madrid"in 20 yaşlı hücumçusu Arda Gülər "Los Blancos"un prezidenti Florentino Peresə şikayət edib.
meqale.com-ın məlumatına görə, o deyib ki, Karlo Ançelotti gələn mövsüm də komandanın baş məşqçisi olsa, klubu tərk edəcək.
Məlumata görə, kral klubu Peresi çətin vəziyyətdə qoyan türk futbolçunun getməsi variantını nəzərdən keçirmir.
Daha əvvəl mətbuat Gülərin Ançelottinin ona verdiyi oyun müddətindən narazı qaldığını yazıb. Bu mövsüm o, bütün yarışlarda 33 oyunda meydana çıxıb, ümumilikdə 1170 dəqiqə meydanda olub.