Yeddi dünya çempionatında iştirak edən qadın futbolçu tarixə düşdü

Kanada millisinin futbolçusu Kristin Sinkler qadınlararası dünya çempionatında tarixə düşüb.

Yeddi dünya çempionatında iştirak edən qadın futbolçu tarixə düşdü
Kanada millisinin futbolçusu Kristin Sinkler qadınlararası dünya çempionatında tarixə düşüb.

meqale.com report-a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu yeddi mundialda iştirak edən ilk oyunçu adına sahib çıxıb.

Təcrübəli oyunçu Yeni Zelandiyada təşkil olunan yarışda Nigeriya ilə qolsuz heç-heçə etdikləri matça start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Kristin Sinkler 2000-ci ildən Kanada yığmasında çıxış edir. O, 300-dən çox beynəlxalq qarşılaşmada meydanda olub.