Andaman dənizində batmış gəmidən xilas edilənlərin sayı açıqlandı
Tailand hərbçiləri Andaman dənizindəki "Bu-Bu" adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas edib.
meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb.
Onun sözlərinə görə, yüksək dalğalar gəminin çevrilməsinə səbəb olub və nəticədə gövdədə dəlik yaranıb. Tailand Hərbi Dəniz Qüvvələrinin 491-ci Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri sürətlə qəza yerinə gəlib və sərnişinləri götürüblər. Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində tibbi yardım göstərilib.