Anna Akopyan proqram açdı - İlk qonağı Paşinyandır
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "TED Talks" formatında proqram təşkil etməyə qərar verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Bildirilib ki, ilk qonaq Nikol Paşinyan olacaq və martın 15-də keçiriləcək.
Formata tematik təqdimatlar, məruzəçilər və auditoriya arasında söhbətlər daxildir.