Antalyada gəmiqayırma zavodunda güclü yanğın
Türkiyənin Antalya şəhərinin qərbində gəmiqayırma zavodunda güclü yanğın olub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayəb.
"Yanğın saat 20.30-da Konyaaltı ərazisində, gəmiqayırma zavodlarından birində yerləşən azad ticarət zonasında başlayıb", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, ən azı on yanğınsöndürmə briqadası yanğını söndürməyə çalışır. Yanğın nəticəsində xəsarət alan olmayıb.