Apteklərdə satışda niyə yalnız elektron termometrlər var?

Bir sıra apteklərdə civəli termometr tapmaq mümkün deyil. Əczaçılar deyirlər ki, xeyli vaxtdır satışda yalnız elektron termometrlərdir:

Apteklərdə satışda niyə yalnız elektron termometrlər var?
Bir sıra apteklərdə civəli termometr tapmaq mümkün deyil. Əczaçılar deyirlər ki, xeyli vaxtdır satışda yalnız elektron termometrlərdir:

"İki aydır ki, civəli termometr yoxdur. Depoya gəlmir deyə apteklərdə də satılmır. Səbəbini bilmirik. Bu səbəbdən biz də elektron termometrləri məsləhət görürük".

Həkim Adil Qeybulla bunun səbəbini dərman bazarında sabitliyin pozulması ilə əlaqələndirib:

"Civəli termometrlər çox təhlükəlidir. Amma istənilən halda insanlar ona öyrəşiblər. Artıq tək termometrlərin yox, müəyyən dərmanların da bazardan yoxa çıxması bir ənənə halını alıb. Yəqin ki, bu da dərman bazarında sabitliyin pozulması ilə bağlıdır".