AQAC-nin növbədənkənar XXVI Baş Məclisi keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilib.
meqale.com Trend-ə istinadən bildirir ki, tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edib.
İclasın sonunda yekun bəyanat qəbul edilib.
Məclis zamanı Azərbaycan QAC İcraçı Katibnin 2018-2023-cü illər üzrə hesabat məruzəsi dinlənilib. Azərbaycan QAC İdaretmə Şurasının 2018-2023-cü illər üzrə qərarlarının təsdiqi və İdarəetmə Şurasının tərkibində dəyişikliklər səslənib.
Daha sonra Azərbaycan QAC fəxri üzvü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il növbədənkənar Prezident seçkilərində namizdəliyinin dəstəklənəmsi barədə bəyanat qəbul edilib.
--------
10:19
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir.
meqale.com Trend-ə istinadən bildirir ki, tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edir.
İclasın sonunda yekun bəyanat qəbul edilməsi gözlənilir.