Arda Turan "Eyüpspor"u bu kluba dəyişir - Razılıq əldə olundu
Türkiyənin "Eyupspor" klubunun çalışdırıcısı Arda Turan mövsümün sonunda iş yerini dəyişəcək.
meqale.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Səlim Manav məlumat yayıb.
Ukrayna mətbuatının da tirajladığı məlumata görə, Donetsk "Şaxtyor"u onu baş məşqçi vəzifəsinə dəvət edib. Ukrayna çempionu Ardaya komandanın sükanı arxasına indi keçməyi təklif etsə də, 38 yaşlı mütəxəssis bundan imtina edib. O, hazırkı komandası ilə cari mövsümü başa vurmaq istədiyini bildirib.