Arda Turanın yeni klubu bəlli oldu

"Eyüpspor" klubunun baş məşqçisi Arda Turan karyerasında yeni səhifə açmağa hazırlaşır. Türkiyəli çalışdırıcı Ukraynanın tanınmış futbol klubu "Şaxtyor Donetsk"lə razılığa gəlib.

meqale.com xəbər verir ki, əvvəllər yayılan xəbərlər inkar olunsa da, artıq anlaşmanın detallarının dəqiqləşdiyi bildirilir. Məlumata görə, tərəflər arasında iki illik müqavilə imzalanacaq və Arda Turan bu müqavilə çərçivəsində illik 2 milyon avro maaş alacaq.

Arda Turanın rəhbərliyi altında "Eyüpspor" bu mövsüm 35 oyuna çıxıb, bunlardan 14-də qalib gəlib, 8-də heç-heçə edib və 13 görüşdə uduzub.

Bu transfer Arda Turanın beynəlxalq səviyyədə ilk baş məşqçi təcrübəsi olacaq və onun məşqçilik karyerasında mühüm mərhələ hesab olunur.