Argentina millisinin hücumçusu "Atletiko"ya keçib
İspaniyanın "Atletiko" (Madrid) klubu Argentina millisinin üzvü Julian Alvaresi sıralarına qatıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, son olaraq İngiltərənin "Mançester Siti" kollektivində çıxış edən hücumçu yeni komandası ilə 6 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "şəhərlilər"in heyətində ümumilikdə 103 oyuna çıxan Alvares 36 qol vurub.