"Arsenal"a böyük İTKİ: 1 ay ayağına top dəyməyəcək
İngiltərə millisinin və "Arsenal" klubunun aparıcı futbolçusu Bukayo Saka dörd həftə meydana çıxa bilməyəcək.
meqale.com xəbər verir ki, 23 yaşlı ulduz Premyer Liqanın II turunda "Lids"lə qarşılaşmada ciddi zədələnib. Hücumçu "Liverpul"la vacib oyunu buraxacaq.
Bundan başqa, futbolçu İngiltərə yığmasının dünya çempionatının seçmə mərhələsində Andorra və Serbiya ilə qarşılaşmalarını da komandya kömək edə bilməyəcək.