"Arsenal" "Brentford"la bacarmadı
London "Arsenal"ı "Brentford"la görüşdə xal itirib.
meqale.com xəbər verir ki, komandalar İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində üz-üzə gəliblər.
"Emireyts" stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.
Hər iki qol ikinci hissədə vurulub. Hesabı 61-ci dəqiqədə "Arsenal" açıb. "Brentford"un cavabı isə 74-cü dəqiqədə gəlib.