“Arsenal”ın yarımmüdafiəçisi Türkiyə klubuna keçə bilər
London "Arsenal"ının yarımmüdafiəçisi Mohamed Elneni yaxın vaxtlarda klubunu dəyişə bilər.
meqale.com oxuya istinadən bildirir ki, Elneni qış transfer pəncərəsində İngiltərə klubundan ayrılmağı düşünür.
Türkiyə çempionatından bir neçə komanda yarımmüdafiəçiyə iddialıdır. Onların arasında "Beşiktaş" və "Trabzonspor" da var. Artıq hər iki klub futbolçuya təklif göndərib.
Xatırladaq ki, 31 yaşlı Elneni 2016-cı ildən "Arsenal"da çıxış edir. Onun ingilis klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun