"Arsenal" onun üçün 75 milyon avro ödəyəcək - FOTO
"Arsenal" klubu "Sportinq"in mərkəz hücumçusu Viktor Qyökereşin transferini bitirib.
meqale.com oxuya istinadən xəbər verir ki, ingilis klubu 26 yaşlı futbolçu ilə 8.3 milyon avro maaşla 4 və ya 5 illik müqavilə imzalayıb. "Sportinq"ə isə 75 milyon avro təzminat ödəniləcək.
Qeyd edək ki, isveçli hücumçu bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 52 qol vurub və 13 məhsuldar ötürmə edib.