“Arvadın hamilə olanda başqası ilə münasibətdə olmusan” - VİDEO

ABŞ-nin hazırkı Prezidenti Co Bayden sabiq Prezident Donald Trampı təhqir edib.

“Arvadın hamilə olanda başqası ilə münasibətdə olmusan” - VİDEO
ABŞ-nin hazırkı Prezidenti Co Bayden sabiq Prezident Donald Trampı təhqir edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, prezidentliyə namizədlərin ötən gün baş tutan debatında Bayden Trampın "sahibsiz pişik" kimi əxlaqi prinsiplərə sahib olduğunu bildirib.

"Mülki cərimələrə əsasən, bir qadını ictimai yerdə "ovladığına", arvadın hamilə ikən başqası ilə cinsi əlaqədə olduğuna görə neçə milyard dollar ödəməlisən? Siz nə danışırsınız? Sizdə sahibsiz pişiyin əxlaqı var", - deyə Bayden CNN efirində bu fikirləri səsləndirib.

Tramp isə cavabında "Mən başqası ilə cinsi əlaqədə olmamışam" deyə bildirib.

Qeyd edək ki, Trampın Stefani Kliffordla 2006-2007-ci illərdə münasibətlərinin olduğu iddia edilir. Bildiirlir ki, bu məlumatın üzə çıxmaması üçün 2016-cı ildə prezident kampaniyasının gedişatında pornoulduza Trampın vəkili Maykl Koen tərəfindən 130 min dollar ödənib və maliyyə sənədləri saxtalaşdırılıb. Tramp isə iddiaları yalanlayaraq əsassız olduğunu deyib.