Aşağı liqaya göndərilən "Lion"la bağlı QƏRAR

Daha əvvəl borcları səbəbindən Fransa Liqa 1-dən düşəcəyi gözlənilən "Lion" komandası çempionatdakı yerini qoruyub.

Aşağı liqaya göndərilən
Daha əvvəl borcları səbəbindən Fransa Liqa 1-dən düşəcəyi gözlənilən "Lion" komandası çempionatdakı yerini qoruyub.

meqale.com axar.az-a istinadən bildirir ki,  bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, klubun yeni rəhbərliyinin apellyasiya şikayəti təmin olunub və komandanın Liqa 1-də qalması təsdiqlənib.

Bir müddət öncə Lion təmsilçisinin yeni prezidenti xanım Mişel Kanq olub.

"Lion" ötən mövsüm Liqa 1-də 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Fransa klublarının maliyyə hesabatlarına baxan Milli Nəzarət və İdarəetmə Direktorluğu klubun borcunun olması səbəbindən ikinci liqaya göndərilməsi barədə qərar qəbul etmişdi.